Dünyada COVID-19-a yoluxanların sayı 21 milyonu keçib

...koronavirusa yoluxanların sayı 21,072,125-ə çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 11:30

Dünyada COVID-19 virusuna yoluxanların sayı 21 milyonu keçib.

 

İnterAz-ın "worldometers"ə istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxanların sayı 21,072,125-ə çatıb.

 

Məlumata əsasən, 757,471 nəfər koronavirusdan ölüb, virusa yoluxan 13 924,364 nəfər müalicə edilərək sağalıb.

 

Qeyd edək ki, ABŞ, Braziliya və Hindistan koronavirusa yoluxma hallarının sayının çoxluğuna görə  ilk üç ölkədir.