Atambayevin həbs qərarı qüvvədə saxlanıb

...Qırğızıstanın Bişkek şəhər məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs qərarını qüvvədə saxlayıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 11:26

Qırğızıstanın Bişkek şəhər məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs qərarını qüvvədə saxlayıb.

 

İnterAz-ın məlumatına görə, birinci instansiya məhkəməsinin qərarı ilə bağlı həm müdafiə, həm də ittiham tərəfi apellyasiya şikayəti vermişdi.

 

Qeyd edək ki, A.Atambayev iyunun 23-də korrupsiya ittihamı ilə 11 il 2 ay müddətində azadlıqdan məhrum edilmişdi.