Fələstin muxtariyyəti və HƏMAS BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsini kəskin pisləyiblər

...Fələstin Muxtariyyəti, HƏMAS və digər hərəkatlar Birləşmiş Ərəb Əmirliklərinin İsraillə rəsmi əlaqələrə başlamasını kəskin tənqid edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 11:05

Fələstin Muxtariyyəti, HƏMAS və digər hərəkatlar Birləşmiş Ərəb Əmirliklərinin İsraillə rəsmi əlaqələrə başlamasını kəskin tənqid edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Fələstin Muxtariyyəti BƏƏ-nin İsraillə əlaqələri rəsmiləşdirməsinə etiraz olaraq, səfirini geri çağırıb.

 

Eyni zamanda muxtariyyətin lideir Mahmud Abbas bu addımı xəyanət adlandırıb.

 

Fələstin Müxtariyyətinin baş müzakirəçisi Saib Əriqat da öz növbəsində Ərəb Dövlətləri Liqasını BƏƏ-nin addımını pisləməyə və təcili toplantı keçirməyə çağırıb.

 

HƏMAS da bəyanat verərək, BƏƏ-nin addımını pisləyib. HƏMAS ərəb dünyasında İsraillə əlaqələrin normallaşdırılması tendensiyasının artacağı ilə bağlı xəbərdarlıq edib.

 

Qeyd edək ki, BƏƏ, İsrail və ABŞ birgə bəyanat verərək, iki ölkənin rəsmi əlaqələrin qurulması haqda tarixi saziş imzaladıqlarını bildiriblər.