Türkiyə XİN: BƏƏ-nin riyakar addımını bölgə xalqları əsla bağışlamayacaq

Fələstin davasına xəyanət edən Birləşmiş Ərəb Əmirliklərinin riyakar addımını bölgə xalqları əsla bağışlamayacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 10:55

 Fələstin davasına xəyanət edən Birləşmiş Ərəb Əmirliklərinin riyakar addımını bölgə xalqları əsla bağışlamayacaq. 

 

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər nazirliyinin bəyanatında deyilir.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə diplomatik əlaqələrin başladılması haqqında saziş imzalayıb.

 

İsrail və BƏƏ əlaqələrini rəsmiləşdirmək, müxtəlif sahələrdə qarşılıqlı münasibətləri və əməkdaşlığı bərpa etmək istiqamətində tarixi saziş imzalayıblar.

 

ABŞ prezidenti bu sazişi alqışlayıb və onun Yaxın Şərqdə sülhə töhfə verəcəyini bildirib.