CNN: ABŞ COVID-19 peyvəndi hazırlamaq üçün Rusiyanın yardımından imtina edir

... Moskva Vaşinqtona COVID-19 əleyhinə peyvənd hazırlamağa kömək etməyi təklif edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 10:14

 Moskva Vaşinqtona COVID-19 əleyhinə peyvənd hazırlamağa kömək etməyi təklif edib. Bu barədə "CNN" məlumat yayıb.

 

İnterAz-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, ABŞ rəhbərliyinə COVID-19 əleyhinə peyvəndin hazırlanmasına yönəlmiş "Supersonic Speed" əməliyyatı layihəsində əməkdaşlıq təklif edilib.

 

Məlumata əsasən, Rusiya Amerika dərman şirkətlərinə ABŞ-da vaksinini istehsal etməyə imkan verəcək məlumatların mübadiləsinə hazırdır. 

 

"Rusiyanın Amerikaya etimadı yoxdur və hesab edirik ki, bu etimadsızlıq səbəbiylə vaksin də daxil olmaqla testlər və müalicə ABŞ-da qəbul edilmir", yüksək səviyyəli Rusiya rəsmisi kanala bildirib.