İran ABŞ tərəfindən dörd neft tankerinin saxlanılmasını təkzib edib

...Venesuelaya neft və neft məhsulları aparan dörd tankerinin ABŞ tərəfindən saxlanılması iddiasını təkzib edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 09:42

Venesuelaya neft və neft məhsulları aparan dörd tankerinin ABŞ tərəfindən saxlanılması iddiasını təkzib edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Venesueladakı səfiri Höccət Soltani deyib.

 

İran səfiri rəsmi twıtter səhifəsində ölkəsinə aid neft tankerlərinin ABŞ tərəfindən saxlanılması iddiasını yalan və əks təbliğat adlandırıb.

 

O bildirib ki, "nə gəmi İranındır nə də ki onun sahiblərinin İranla əlaqəsi var."

 

Qeyd edək ki, bundan öncə "The Wall Street Journal" iddia eidb ki, ki ABŞ 4 İran gəmisini saxlayıb.

 

İki ay öncə İran ABŞ tərəfindən ciddi sanksiyalara məruz qalan Venesuelaya 5 neft tankeri göndərmişdi. ABŞ tərəfi gəmilərin saxlanılması barədə təhdidlər ünvanlasa da bunu həyata keçirə bilməmişdi.