Kolumbiyada naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar

...Kolumbiyanın qərbində naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 09:32

Kolumbiyanın qərbində naməlum şəxslər polis məntəqəsi yaxınlığında qumbara partladıblar.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində ən az 13 nəfər yaralanıb.

 

Məlumata görə, hadisə Vale-del-Kauka departamentinin paytaxtı Kali şəhərində baş verib.

 

Bir uşaq və iki polis də daxil olmaqla zərərçəkənlər xəstəxanalara çatdırılıb. Səlahiyyətlilər hadisə ilə əlaqədar istintaq aparır.