Lukaşenko Belarusdakı kütləvi həbsləri araşdırmağı tapşırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko "son günlər baş verən bütün həbs faktlarını" araşdırmağa dair təlimat verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 09:22

Belarus Prezidenti Aleksandr Lukaşenko "son günlər baş verən bütün həbs faktlarını" araşdırmağa dair təlimat verib.

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Respublika Şurasının spikeri Natalya Koçanova açıqlayıb.

 

Onun sözlərinə görə, Lukaşenko "əmək kollektivlərinin rəylərini eşidib".

 

"Bu gün axşam mindən çox insan icazəsiz tədbirlərdə iştirak etməmək öhdəliyi ilə azadlığa buraxılıb. Yetkinlik yaşına çatmayanlar imza ilə valideynlərinə təhvil verilib", Koçanova qeyd edib.

 

"Belarus 1" telekanalına açıqlama verən Koçanova bildirib ki, ölkənin müharibəyə ehtiyacı yoxdur.