İsrail və Birləşmiş Ərəb Əmirliyi diplomatik əlaqələrin qurulması ilə bağlı saziş imzalayıblar

Birləşmiş Ərəb Əmirliyi və İsrail diplomatik əlaqələrin başladılması ilə bağlı saziş imzalayıblar...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 09:13

 Birləşmiş Ərəb Əmirliyi və İsrail diplomatik əlaqələrin başladılması ilə bağlı saziş imzalayıblar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İsrail, ABŞ və BƏƏ-nin birgə bəyanatında məlumat verilib.

 

Bildirilib ki, İsrail və BƏƏ əlaqələrini rəsmiləşdirmək, müxtəlif sahələrdə qarşılıqlı münasibətləri və əməkdaşlığı bərpa etmək istiqamətində tarixi saziş imzalayıblar.

 

ABŞ prezidenti bu sazişi alqışlayıb və onun Yaxın Şərqdə sülhə töhfə verəcəyini bildirib.

 

Eləcə də BƏƏ-nin vəliəhdi Məhəmməd binZayid İsrail baş naziri və ABŞ prezidenti ilə danışıqlar apardığını və sazişin əldə edildiyini bildirib.

 

İsrail baş naziri Benyamin netanyahu bu sazişi tarixi anlaşma adlandırıb.

 

Məlumata görə iki tərəfin nümayəndə heyətləri yaxın həftələrdə bir araya gələrək müxtəlif sahələrdə qarşılıqlı əlaqələr və əməkdaşlığın təmin edilməsi, eləcədə səfirliklərin açılmasını müzakirə edəcəklər.