Rusiya peyvəndi ən azı iki il koronavirusdan qoruyacaq

...“Koronavirusa qarşı Rusiya peyvəndinin qoruyucu xüsusiyyətləri tətbiq olunandan ən azı iki il ərzində təsirini saxlayacaq”

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Avqust 2020, 15:44

“Koronavirusa qarşı Rusiya peyvəndinin qoruyucu xüsusiyyətləri tətbiq olunandan ən azı iki il ərzində təsirini saxlayacaq”.

 

İnterAz-ın məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına milli epidemiologiya və mikrobilogiya tədqiqatları mərkəzinin direktoru Aleksandr Ginzburq bildirib.

 

Onun sözlərinə görə, peyvəndin təsir müddəti iki il olacaq.

 

Qeyd edək ki, Rusiya avqustun 11-də koronavirusa qarşı dünyada ilk peyvəndi qeydiyyatdan keçirib.

 

"Sputnik V" adlandırılan peyvəndin tətbiqinə avqustun sonundan, sentyabrın əvvəlindən başlanılacaq.