AB Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa Birliyi KXDR-ə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini bir il uzadıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 16:06

Avropa Birliyi KXDR-ə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini bir il uzadıb.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə AB Şurası açıqlama yayıb.

 

Şura bu gün Aİ-nin Koreya Xalq Demokratik Respublikasında sanksiyalara məruz qalan fikizi və hüquqi şəxslərin siyahısını təsdiqləyib.

 

Siyahıya salınana şəxslər və təşkilatlara tətbiq olunan mövcud məhdudlaşdırıcı tədbirlər  növbəti illik araşdırmaya qədər bir il müddətinə qüvvədə qalacaq.