Putin Azərbaycan və Ermənistan sərhəddindəki vəziyyətə görə Təhlükəsizlik Şurasını toplayıb

Rusiya Prezidenti Vladimir Putin, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyəti müzakirə edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Iyul 2020, 16:40

Rusiya Prezidenti Vladimir Putin, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyəti müzakirə edib.

 

İnterAz-ın "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb.

 

Məlumata əsasən, görüş video-konfrans formatında baş tutub.

 

"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Eskalasiyanın davam etməsi ilə əlaqədar narahatlıq ifadə edilib, tərəflərin atəşkəsi təmin etməsinə ehtiyac olduğu vurğulanıb", Peskov görüşün nəticələri ilə bağlı məlumat verərkən deyib.

 

Peskovun sözlərinə görə, prezident Təhlükəsizlik Şurasının daimi üzvlərinə son günlərdə Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd Əl Nahyan, Almaniyanın kansleri Angela Merkel və İran prezidenti Həsən Ruhani keçirdiyi telefon danışıqları barədə də məlumat verib.