Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətə münasibət bildirib

...Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Iyul 2020, 14:35

Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır.

 

İnterAz-ın məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, - deyə o qeyd edib.

 

D. Peskov bildirib ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır: “Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq".