KİV: İranın Nətənz nüvə obyektinə edilən hücum daxildən həyata keçirilib

“İranın Nətənz nüvə obyektinə edilən hücum reaktorun ərazisinə aparılan bomba vasitəsilə baş tutub.”..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Iyul 2020, 09:59

“İranın Nətənz nüvə obyektinə edilən hücum reaktorun ərazisinə aparılan bomba vasitəsilə baş tutub.”

 

İnterAZ SalamNews-a istinadən xəbər verir ki, bu barədə New-York Tımes qəzeti İranın daxilində olan və təhlükəsizlik qurumları üzvləri adlandırdığı mənbələrə istinadla iddia irəli sürüb.

 

Bildirilib ki, ötən həftə İranın Nətənz nüvə obyektində uranın zənginləşdirilməsi üçün lazım olan sentrifuqa cihazlarının montaj edildiyi obyektlərdən birində baş verən hadisə bura gətirilən bomba vasitəsilə həyata keçirilib.

 

İran tərəfi isə hadisə ilə bağlı yekun açıqlamanı təhlükəsizlik məsələlərinə görə təxirə saldığını və tezliklə hadisənin detallarının açıqlanacağını bəyan edib.