İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail ordusunun qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın mövqelərinə zərbələr endirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Iyul 2020, 09:48

İsrail ordusunun qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın mövqelərinə zərbələr endirib.

 

İnterAz-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

 

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib: "Bu gün Qəzza zolağından İsrail ərazisinə 3 raket atılıb. Buna cavab olaraq bir qədər əvvəl israil Müdafiə Ordusunun qırıcı təyyarələri və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın terror obyektlərinə zərbələr endiriblər".