Liviyada Türkiyə zabitlərinin olduğu bazaya aviazərbələr endirilib, ölənlər var

Liviya paytaxtı Tripolinin qərbində yerləşən strateji əl-Vətiyyə bazası ötən sutkada naməlum təyyarələrin hava zərbələrinin hücumuna məruz qalıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Iyul 2020, 09:28

Liviya paytaxtı Tripolinin qərbində yerləşən strateji əl-Vətiyyə bazası ötən sutkada naməlum təyyarələrin hava zərbələrinin hücumuna məruz qalıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Türkiyənin dəstəklədiyi “Milli Razılıq Hökuməti” qüvvələrinin nəzarətində olan və bir sıra türk zabitləri və hərbi müşavirlərinin olduğu əl-Vətiyyə bazası ötən sutkada naməlum təyyarələrin hava zərbələrinə məruz qalıb.

 

Bildirilib ki, son zamanlarda bazaya gətirilən o cümlədən havadan müdafiə sistemlərindən bir qismi vurulub.

 

Türkiyə mətbuatı hava zərbələrində ölənlərin olmadığını bildirsə də Misir, Səudiyyə və BƏƏ mənbələri bu hava zərbələrində Türkiyə hərbçilərindən də ölənlərin olduğunu iddia ediblər.

 

Qeyd edək ki, Türkiyə və Qətərin hərbi dəstək verdiyi “Milli Razılıq hökuməti” son aylarda paytaxt Tripolinin bütün inzibati ərazilərini, Liviyanın qərb sahilində yerləşən bölgələri, Tarhuna şəhəri o cümlədən əl-Vətiyyə bazasını ələ keçirəndən sonra Sirt istiqamətdə irəliləməyə başlayıblar.