Rusiyada “Mi-2” helikopteri sərt eniş edib, ölən və xəsarət alan var

...hadisə zamanı 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Iyul 2020, 09:01

Rusiyanın Rostov əyalətində “Mi-2” helikopteri sərt eniş edib.

 

İnterAz bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

 

Məlumata görə, hadisə Kirsalovo qəsəbəsində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

 

İlkin məlumata görə, qəzaya mühərrikdə nasazlığın yaranması səbəb olub.