Braziliyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

...Braziliyada bir gün ərzində koronavirusa daha 26 051 yoluxma aşkar edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Iyul 2020, 08:53

Braziliyada bir gün ərzində koronavirusa daha 26 051 yoluxma aşkar edilib.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Qeyd edilir ki, bununla da Cənubi Amerika ölkəsində təhlükəli virusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb.

 

Səhiyyə Nazirliyinin informasiyasına əsasən, Braziliyada infeksiyaya yoluxma hallarının ümumi sayı 1 603 055-dir.

 

İnfeksiyanın ölkədə yayılması ərzində ümumilikdə 64 867 insan COVID-9-dan ölüb. Son 24 saat ərzində 602 nəfər pandemiyanın qurbanı olub.