İtaliyada 192 mindən çox insan koronavirusdan sağalıb

...İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 192 nəfər olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Iyul 2020, 08:50

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 7 nəfər artıb və ümumilikdə 34 861-ə çatıb.

 

İnterAZ xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.

 

Bundan bir gün əvvəl 21 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi.

 

İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 192 nəfər olub. Hazırda 14 642 italiyalı xəstəlikdən müalicə olunur. Epidemiyanın əvvəlindən bəri İtaliyada 192 108 nəfər müalicə olunaraq sağalıb. Hazırda 74 nəfər intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 241 611 nəfərdir.