İranda son sutkada koronavirusdan 163 nəfər vəfat edib

...bu barədə ölkənin Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Iyul 2020, 15:45

İranda son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

 

Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusdan müalicə alan 163 nəfər vəfat edib, 2 560 yoluxma faktı qeydə alınıb

 

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə 240 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 201 330 nəfər müalicə olunaraq sağalıb, 11 571 nəfər vəfat edib.