İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

İsrailin işğalında və mühasirəsində olan İordan çayının qərb sahilində fələstinlilərin aksiyasına müdaxilə edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 16:59

İsrailin işğalında və mühasirəsində olan İordan çayının qərb sahilində fələstinlilərin aksiyasına müdaxilə edilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İordan çayının qərb sahilində Kəfar-Qadum məntəqəsində və Qüdsün şərqində işğal edilən ərazilərin İsrailə ilhaq edilməsinə qarşı aksiyalar keçirilib.

 

İsrail qüvvələrinin rezin güllələr və gözyaşardıcıqazla müdaxilə ediblər.

 

Müdaxilə nəticəsində fələstinlilərdən 23 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, Fələstinin HƏMAS və Fəth hərəkatları İsrailin ilhaq addımına qarşı birgə hərəkətə keçəcəklərini bildiriblər.