Belarusda koronavirusa yoluxanların sayı 63 mini keçib

...Belarusda son sutka ərzində 273 nəfərdə koronavirus aşkar edilib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 Iyul 2020, 16:52

Belarusda son sutka ərzində 273 nəfərdə koronavirus aşkar edilib.

 

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 63 270 nəfərə çatıb.

 

Son gün ərzində 6 COVID-19 xəstəsi ölüb və virus qurbanlarının sayı 418 nəfərə çatıb.