NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Terrorizmlə Mübarizə Milli Mərkəzi, Rusiya ilə Taliban arasındakı əlaqəni "orta səviyyədə etibarlı" adlandırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 16:41

ABŞ Milli Kəşfiyyat Şurası, Əfqanıstanda Rusiya ilə radikal Taliban hərəkatı arasında anlaşma haqqında birbaşa dəlil olmadığını göstərən memorandum hazırlayıb.

 

İnterAz-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "The New York Times" xəbər verir.

 

Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Terrorizmlə Mübarizə Milli Mərkəzi, Rusiya ilə Taliban arasındakı əlaqəni "orta səviyyədə etibarlı" adlandırıb. 

 

Sənəddə qeyd olunur ki, Milli Təhlükəsizlik Agentliyində Rusiya kəşfiyyatının Talibanla “razılaşması” barədə məlumatları təsdiqləyən dəlillər yoxdur.

 

Qeyd edək ki, ABŞ kəşfiyyatçıları belə bir qənaətə gəlib ki, Rusiya hərbi kəşfiyyatı gizli şəkildə Taliban yaraqlılarına ABŞ və NATO hərbçilərini öldürmək üçün mükafat təklif edib.

 

"The New York Times" qəzetinin məlumatına görə, mükafatla bağlı işlərlə Avropadakı əməliyyatlara görə cavabdeh olan Rusiya kəşfiyyat bölməsi məşğul olub.

 

ABŞ prezidenti Donald Tramp isə Twitter-də yazıb ki, ABŞ kəşfiyyatı, Rusiyanın ABŞ hərbçilərinin öldürülməsinə görə əfqan yaraqlılarına mükafat təklif etmək cəhdləri ilə bağlı məlumatların əsassız olduğunu etiraf edib.

 

ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ABŞ lideri Donald Trampı  Rusiyaya qarşı hər iddianı qulaqardına vurmaqda ittiham edib.

 

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi, Əfqanıstanda ABŞ hərbçilərinin öldürülməsində Rusiyanın əli olduğuna dair "New York Times" qəzetində çıxan məlumatları saxta adlandırıb.