Kanadada təyyarə qəzaya uğrayıb, ölənlər var

...Aviqəza ilə bağlı araşdırma aparılır

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 Iyul 2020, 16:33

Kanadanın Alberta əyalətində kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

 

İnterAz xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

 

Məlumata görə, hadisə Edmonton şəhər aeroportundan 22 km şərqdə baş verib. Hadisə yerinə xilasedicilər və polis cəlb olunub.

 

Aviqəza ilə bağlı araşdırma aparılır.