Braziliyada koronavirus xəstələrinin sayı 1,5 milyonu ötüb

...Braziliyada son gün ərzində COVID-19-a 42 223 yeni yoluxma aşkarlanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 16:23

Braziliyada son gün ərzində COVID-19-a 42 223 yeni yoluxma aşkarlanıb.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Nazirliyin məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 539 081 nəfərə çatıb.

 

Qeyd edilir ki, Cənubi Amerika ölkəsində koronavirusdan ümumilikdə 63 174 insan ölüb. Son 24 saat ərzində daha 1 290 pasiyent təhlükəli infeksiyanın qurbanı olub.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, virusa yoluxmuş 868 372 insan sağalıb.

 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.