Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb

...Hindistanda son sutka ərzində 22 771 nəfər koronavirusa yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 Iyul 2020, 15:48

Hindistanda son sutka ərzində 22 771 nəfər koronavirusa yoluxub.

 

İnterAz-ın məlumatına görə, bu, ölkədə bu günədək yoluxma sayına görə rekord olub.

 

Hinistanda bu günədək virusa yoluxanların sayı 648 315 nəfərə çatıb. Onlardan 18 655 nəfəri vəfat edib. Son sutka ərzində 442 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək sağalanların sayı 394 227, müalicəni davam etdirənlərin sayı 235 433 nəfərdir.