Türkiyə Qaşıqçının işi üzrə şəffaflığı təmin edib

Türkiyədə Camal Qaşıqçının işi üzrə məhkəmə prosesi Səudiyyə Ərəbistanındakı prosesdən daha şəffaf və ədalətlidir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 15:14

Türkiyədə Camal Qaşıqçının işi üzrə məhkəmə prosesi Səudiyyə Ərəbistanındakı prosesdən daha şəffaf və ədalətlidir. BMT-nin məhkəmədən kənar edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard səudiyyəli jurnalistin qətli ilə bağlı İstanbulda keçirilən ilk məhkəmə dinləmələrinin nəticələri haqqında jurnalistlərə məlumat verib.

 

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məruzəçinin sözlərinə görə, bu proses diktatorlar üçün çox vacib bir siqnaldır.

 

“Onlar jurnalistləri öldürüb cəzasız qala bilməzlər”, - deyə Aqnes Kallamard bildirib.