Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib

...Əlcəzair istiqlaliyyətinin 58-ci ildönümündə Fransa muzeylərində saxlanılan mübarizlərinin cənazələrini ölkəyə gətirib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 Iyul 2020, 15:03

Əlcəzair istiqlaliyyətinin 58-ci ildönümündə Fransa muzeylərində saxlanılan mübarizlərinin cənazələrini ölkəyə gətirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Paris muzeyində saxlanılan Əlcəzair mübarizlərindən 24-nün cənazə qalıqları ölkəyə gətirilib.

 

Əlcəzair hava limanında milli mübarizlərin cənazələri xüsusi mərasimlə qarşılanıb.

 

Qarşılanma mərasiminə Əlcəzairin prezidenti Əbdül-Məcid Tabun da qatılıb.

 

Məlumata görə şəhid mübarizlərin cənazələri paytaxtda yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Qeyd edək ki, Əlcəzair 132 il Fransa müstəmləkəçiliyində qaldıqdan sonra 1962-ci ildə istiqlaliyyətinə nail olub.

 

Qeyd edək ki, Fransa Əlcəzairi istilasında saxladığı dövrdə bir milyondan çox ölkə vətəndaşının ölümünə gətirib çıxaran “Razzias” adlı soyqırımlarının səbəbkarı olub.

 

Hazırda Əlcəzair hökumətinin Fransa qarşısında qaldırdığı məsələlərdən biri də istiqlaliyyət mübarizəsi (1954-1962) dövründə itkin düşmüş 2200 vətəndaşın işi məsələsidir.