Bolqarıstan AB və Şengen ölkələrinin vətəndaşları üçün sərhədləri açıb

Bolqariya koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayından tətbiq olunan və Avropa Birliyi ilə Şengen ölkələri vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağanı ləğv edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 16:11

Bolqariya koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayından tətbiq olunan və Avropa Birliyi ilə Şengen ölkələri vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağanı ləğv edir.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin sərəncamında deyilir.

 

Sərəncama əsasən, 22 may tarixindən etibarən, ölkə ərazisinə girənlər yaşadıqları yerdə "14 gün ərzində karantində qalmalı  olacaqlar".

 

Bu tələb tibb və sosial sahələrin işçilərinə, diplomatlara, beynəlxalq təşkilatların nümayəndələrinə, həmçinin beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobus sürücülərinə şamil edilmir.