Lukaşenko: Belarus raket istehsalını inkişaf etdirəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin raket istehsalını inkişaf etdirəcəyini açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 15:58

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin raket istehsalını inkişaf etdirəcəyini açıqlayıb.

 

İnterAz bu barədə "BelTA"ya istinadən məlumat yayıb.

 

Lukaşenko Belarusun sülhsevər ölkə olduğunu bildirərək, "qlobalizmlə məşğul olmaq, xarici dövlətləri ələ keçirmək" niyyətində olmadığını qeyd edib.

 

Onun sözlərinə görə, başqa ölkələrin Belarusiyaya qarşı belə bir marağı yoxdur.

 

"Buna görə də Belarusun nüvə silahlı qitələrarası ballistik raketləri inkişaf etdirməyinin mənası yoxdur. Bunu edə də bilmərik. Biz  mümkün olan şeylərə diqqətimizi yönəltməliyik", o deyib.