İbrahim Kalınla ABŞ Prezidentinin müşaviri arasında telefon danışığı olub

...İ. Kalın Liviyada Xəlifə Haftarın qanunsuz hərəkətlərinə son qoyulmasının zəruriliyinə toxunub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 15:22

Türkiyə Prezidentin mətbuat katibi İbrahim Kalının ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon danışığı olub.

 

İnterAz-ın xəbərinə görə, telefon danışığı zamanı İ. Kalın və R. Obrayn ikitərəfli münasibətlər, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, NATO-da əməkdaşlıq, Suriya və Liviya münaqişələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

İ. Kalın Liviyada Xəlifə Haftarın qanunsuz hərəkətlərinə son qoyulmasının zəruriliyinə toxunub.