Rusiyada son sutka ərzində 8 894 nəfər koronavirusa yoluxub

...Ötən gün ərzində koronavirusdan 150 ​​nəfər ölüb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 14:25

Rusiyada son sutka ərzində 8894 nəfər koronavirusa (COVID-19) yoluxub.

 

İnterAz-ın Rusiya Federasiyasının əməliyyat qərargahına istinadla verdiyi xəbərə görə, Rusiyada COVID-19 virusuna yoluxanların sayı 325.448-ə çatıb.

 

Ötən gün ərzində koronavirusdan 150 ​​nəfər ölüb. Koronavirusdan ölənlərin sayı 3249-a çatıb, 99 825 nəfər müalicə edilib.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir.