Ölkə rəsmisi: Rusiya Açıq Səma Müqaviləsindən çıxmaq niyyətində deyil

Rusiya qüvvədə olduğu müddətə qədər Açıq Səma Müqaviləsinin iştirakçısı olmaq niyyətindədir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 13:31

Rusiya qüvvədə olduğu müddətə qədər Açıq Səma Müqaviləsinin iştirakçısı olmaq niyyətindədir.

 

İnterAz "Nezavisimaya Gazeta"ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyi rəhbərinin müavini Aleksandr Qruşko açıqlayıb.

 

Moskva razılaşmada göstərilən bütün qaydalara riayət etmək niyyətindədir və qalan iştirakçıların da eyni addımı atacağını gözləyir.

 

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Açıq Səma Sazişindən  (DON) çıxmaq niyyətində olduğunu bildirib.

 

"Biz Rusiya ilə çox yaxşı münasibətlər qurmuşuq. Bildiyiniz kimi, neft problemi üzərində birlikdə çalışmışıq. Düşünürəm ki, Rusiya ilə çox yaxşı münasibətlərimiz var, amma Rusiya açıq səmaya dair razılaşmaya əməl etmədi", Tramp Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə deyib.

 

ABŞ Dövlət Katibi Mayk Pompeo bildirib ki, ABŞ-ın Açıq Səma Sazişindən çıxışı altı ay müddətinə planlaşdırılır.

 

Dövlət katibi bildirib ki, altı ay cümə günündən başlayaraq hesablanacaq. O bildirib ki, əgər Rusiya müqaviləyə  tam şəkildə əməl etsə ABŞ bu addımı yenidən nəzərdən keçirə bilər.

 

Qeyd edək ki, Açıq Səma Sazişi 24 mart 1992-ci ildə Helsinkidə imzalanıb, 34 ölkə sazişi imzalayıb.

 

Müqaviləyə əsasən sənədə imza atan ölkələr müşahidə uçuşları həyata keçirərək bir-birinin hərbi fəaliyyətləri  barədə məlumat toplayır.