ABŞ Honkonqa görə Çinə sanksiya tətbiq etməyi planlaşdırır

... bu barədə “Wall Street Journal’ yazıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 13:15

 ABŞ senatorları Honkonqda yeni qanunlar sisteminin hazırlanması və tətbiqinə aidiyyatı olan Çin Kommunist Partiyasının və bütün Çin təşkilatlarının funksionerlərinə qarşı sanksiyalar nəzərdə tutan ikipartiyalı qanun layihəsi tərtib ediblər.

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal’ yazıb.

 

Ümumçin xalq nümayəndələrinin toplantısının (ÜXNT) rəsmisi Çjan Yesuy çərşənbə axşamı bəyan etmişdi ki, qarşıdan gələn ÜXNT sessiyasının gündəliyinə Honkonqun milli təhlükəsizliyi barədə qanun layihəsi də daxil edilib.