Ayətullah Xamenei Qüds günü ilə bağlı çıxış edərək münaqişənin həlli üçün təklif irəli sürüb

Biz illərdir Fələstinlə bağlı referandum təklifi edirik...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 12:36

“Biz illərdir Fələstinlə bağlı referandum təklifi edirik. Fələstin fələstinlilərə məxsusdur. Burada müxtəlif dinlərin və irqlərin nümayəndələri var. Bizim bu bölgədə referandumun keçirilməsi təklifimiz onu göstərir ki, ABŞ və İsrailin bizi illərdir antisemitizmdə ittihamlandırması tamamilə əsassızdır. Bu referandumda fələstinli yəhudilər də iştirak edə bilərlər. Buradan çıxıb, getməli isə olan sionist rejimidir”

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Beynəlxalq Qüds günü ilə bağlı etdiyi çıxışında deyib.

 

Ayətullah Xamenei Beynəlxalq Qüds günü ilə bağlı bu günkü çıxışında İsrailin fələstinlilərə zülmünün bitməsi və işğalın dayandırılması üçün İranın öncədən irəli sürdüyü təklifi yenidən səsləndirib.

 

İslam İnqilabının Ali lideri bildirib ki, işğal edilmiş ərazilərdə bütün sakinlərin o cümlədən qaçqın düşümüşlərin, fərlqi din və millətlərin nümayəndələrinin iştiakı ilə referandum keçirilməli və ona əsasən addım atılmalıdır. Ayətullah Xamenei bildirib ki, "hətta yəhudi dininin əsaslarına görə sionist rejimi olmamalıdır." O əlavə edib ki, “bölgədən çıxıb getməsi lazım olan (yəhudi deyil) sionist rejimidir.”