Kaşıkçının övladları onu qətlə yetirən Səudiyyə rəsmilərini əfv ediblər

...Fəzilətli ramazan ayında Qurani-Kərimin göstərişlərini nəzərə alaraq, atası Camal Kaşıkçını öldürən şəxsləri əfv edirlər

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 09:38

Səudiyyə Ərəbistanı hökumətinin müxaliflərindən olan tanınmış jurnalist Camal Kaşıkçının övladları atasını qətlə yetirən dövlət rəsmiləri və hərbçilərini bağışladıqlarını bildiriblər.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Camal Kaşıkçının oğlu Salah Kaşıkçı rəsmi twıtter səhifəsində məlumat verib.

 

O bildirib ki, fəzilətli ramazan ayında Qurani-Kərimin göstərişlərini nəzərə alaraq, atası Camal Kaşıkçını öldürən şəxsləri əfv edirlər.

 

Qeyd edək ki, Camal Kaşıkçı 2018-ci ilin oktyabr ayının ikisində İstanbulda Səudiyyə Ərəbistanı konsulluğuna müraciət edən zaman qətlə yetirilib və onun cəsədi doğranaraq yandırılıb. Bu hadisədən sonra Türkiy-Səudiyyə əlaqələri gərginləşməklə yanaşı beynəlxalq müstəvilərdə də ər-Riyada təzyiqlər artıb. Səudiyyə hökuməti 11 yüksək rəsmi və kəşfiyyatçını həbs etsə və bəzilərinin barələrində edam hökmü çıxarsa da beynəlxalq hüquq təşkilatları əsl səbəbkarın yəni birinci vəliəhd və kralın oğlu Məhəmməd bin Salman olduğunu bildirib, onun mühakiməsini tələb ediblər.