FDA Bill Geytsin koronavirus test proqramını dayandırır

ABŞ Qida və Dərman İdarəsi (FDA) milyarder Bill Geyts və Siettl şəhərinin səhiyyə rəsmiləri tərəfindən təbliğ olunan SCAN koronavirus test proqramını dayandırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 May 2020, 13:03

ABŞ Qida və Dərman İdarəsi (FDA) milyarder Bill Geyts və Siettl şəhərinin səhiyyə rəsmiləri tərəfindən təbliğ olunan SCAN koronavirus test proqramını dayandırıb.

 

İnterAz bu barədə TASS-a istinadən xəbər verir.

 

"SCAN testinin təhlükəsizliyi və düzgünlüyü ilə bağlı heç bir narahatlığımız yoxdur, lakin tələb olunan əlavə icazə alınana qədər test proqramının dayandırılmasını istədik", FDA açıqlamasında deyilir.

 

Test proqramı əhalinin sürətli şəkildə yoxlanmasını təşkil etmək üçün sağlam və yoluxmuş insanların evlərinə testi  sistemləri göndərirdi.

 

"The Hill" xəbər verir ki, SCAN sayəsində qısa müddət ərzində mindən çox insan koronavirusa görə yoxlanıb.