ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

Hoffmanın sözlərinə görə, Pentaqondan qoşunların çıxarılması ilə bağlı heç bir təlimat gəlməyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Yanvar 2020, 16:03

ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır.

 

İnterAz "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ müdafiə katibinin köməkçisi Conatan Hoffman məlumat verib.

 

"Hazırda İraqdan qoşunları çıxarmaq planımız yoxdur", deyə mətbuat brifinqdə bildirib.

 

"İraqdakılarla məsləhətmələr aparmağa davam edirik. Biz hələ də suveren və firavan İraqın dostu olmaq istəyirik", o deyib.

 

Hoffmanın sözlərinə görə, Pentaqondan qoşunların çıxarılması ilə bağlı heç bir təlimat gəlməyib.