Ərdoğan: “Liviyanı Haftarın hakimiyyətinə buraxmaq tarixi səhv olar”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanı Milli Orduya komandanlıq edən feldmarşal Xəlifə Haftara buraxmağın tarixi səhv olacağını düşünür...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Yanvar 2020, 15:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanı Milli Orduya komandanlıq edən feldmarşal Xəlifə Haftara buraxmağın tarixi səhv olacağını düşünür.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, o, bu barədə Berlində Liviya ilə bağlı beynəlxalq konfrans ərəfəsində “Politico” qəzetində dərc olunan məqaləsində bildirib.

 

“Bəziləri Avropanın dünyada başqa müharibələr, toqquşmalar və humanitar böhranlar olduğu halda niyə ilk növbədə Liviya münaqişəsinə cəlb edilməli olduğunu düşünə bilər. Başlayaq ondan ki, Avropa İttifaqının Liviya Milli Razılıq Hökumətini lazımi səviyyədə dəstəkləməməsi onun əsas dəyərlərinə - demokratiya və insan haqlarına xəyanət olacaq. Liviyanı hərbi diktatorun (Haftar – red.) hakimiyyətinə buraxmaq tarixi səhv olar. Üstəlik, Liviya hökuməti süquta uğrayarsa, Avropa yeni təhlükə və problemlərlə üz-üzə qalacaq”, - o deyib.