Fransa prezidenti Yaxın Şərqdə “Jaguar” xüsusi təyinatlı dəstələrinin yerləşdirildiyini açıqlayıb

...Fransa prezidenti bu barədə “tweeter” səhifəsində yazıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 09:34

Fransa Prezidenti Emmanuel Makron İŞİD terror qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqdə yerləşdirilən “Jaguar” xüsusi təyinatlı dəstələrinin olduğunu bəyan edib. 

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, Fransa prezidenti bu barədə “tweeter” səhifəsində yazıb.

 

O bildirib ki, bölgədəki dəyişikliklərə baxmayaraq, Yaxın və Orta Şərqdə Fransanın qüvvələri İSİD-la mübarizə əməliyyatını davam etdirir: “Qısa müddətdə Ərəbistan yarımadasına və Fars körfəzinə “Jaguar” xüsusi təyinatlı qüvvələrini yerləşdirdik”.

 

Qeyd edək ki, daha əvvəl Makron Fransanın “Şarl de Qoll” təyyarə daşıyıcısının İŞİD terrorçularına qarşı mübarizəni davam etdirmək məqsədilə Aralıq dənizinə qayıtdığını bildirmişdi.