Əfqanıstanda blokpost yaxınlığında baş verən partlayışda 8 hərbçi ölüb

Əfqanıstanın cənubundakı Hilmənd vilayətindəki blokpost yaxınlığında avtomobil partladılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Dekabr 2019, 12:27

Əfqanıstanın cənubundakı Hilmənd vilayətindəki blokpost yaxınlığında avtomobil partladılıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, terror hücumu zamanı Əfqanıstan ordusunun azı 8 hərbçisi ölüb.

 

Vilayət səlahiyyətlilərinin sözlərinə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.