Cavad Zərif Avropanın nüvə sazişilə bağlı rəftarını tənqid edib

Altı Avropa dövlətinin İnsteks sisteminə qouşlmasını müsət hesab edən Cavad Zərif belə bir sistemin hələ də qeyri fəal qalmasına görə təəssüf edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Dekabr 2019, 11:13

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Avropa İttifaqının nüvə sazişilə bağlı rəftarından razı qalmadığını bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İran XİN rəhbəri bunu İstanbula səfəri zamanı verdiyi açıqlamada deyib.

 

O bildirib ki, İran Avropa İttifaqının nüvə sazişilə bağlı atdığı addımlarının müstəvisindən razı deyil.

 

Altı Avropa dövlətinin İnsteks sisteminə qouşlmasını müsət hesab edən Cavad Zərif belə bir sistemin hələ də qeyri fəal qalmasına görə təəssüf edib. Cavad Zərif Aİ ölkələrindən bu sistemin aktivləşdirilməsini tələb edib.

 

Qeyd edək ki, ABŞ dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişindən çıxdıqdan sonra rəsmi Tehrana qarşı sərt sanksiyalara başlayıb. İran sazişdə qalan Aİ dövlətlərindən neftin satışı və maliyyə köçürmələrilə bağlı öhdəliklərin yerini yetirilməsini tələb edir. Aİ vəd etdiyi İnsteks sistemini hələ işə salmayıb.