Bağdadın beynəlxalq hava limanına bir neçə raket atılıb

Hücumun səbəbkarları və xəsarətləri barədə hələ məlumat yoxdur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Dekabr 2019, 10:08

 Bu gün sübh Bağdadın beynəlxalq hava limanının ərazisinə bir neçə raket atılıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat veriblər.

 

Bildirilib ki, bu gün sübh Bağdadın hava limanı ərazisinə bir neçə raket atılıb.

 

Hücumun səbəbkarları və xəsarətləri barədə hələ məlumat yoxdur.

 

Qeyd edək ki, İraqda son iki ayda korrupsiya, işsizliyin aradan qaldırılması və digər iqtisadi məsələlərlə bağlı aksiyalar iğtişaşlar və toqquşmalarla nəticələnib. Ötən həftənin sonu Bağdadda müxtəlif siyasi partiyaları təmsil edən etirazçıların öz aralarında baş vermiş atışma zamanı azı 10 nəfər həyatını itirib. Ekspertlər Bağdad hava limanına raketlərin atılmasını da ölkədəki cinahlardan hər hansı birinin qarşı tərəfə və ya xarici qüvvələrə mesaj vermək istəməsi kimi qiymətləndiriblər.