İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

O, noyabrın 29-da iki nəfərin ölümü ilə nəticələnən London körpüsündə baş vermiş terror hücumunu İngiltərə təhlükəsizliyinə ünvanlanan təhdid olduğunu qeyd edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2019, 17:00

 İngiltərənin Rəqəmsal Texnologiyalar, Mədəniyyət, Media və İdman naziri Niki Morqan, hökuməti 12 dekabr ümumi seçkilərinə "Rusiya müdaxiləsi" mövzusunda narahat olmağa çağırıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, o bu barədə "Sky News" jurnalisti Sofi Ridiyə müsahibəsində bildirib.

 

İngiltərənin xarici işlər naziri Dominik Raab "Sunday Telegraph"da "Ceremi Korbin Baş nazir olsaydı İngiltərə Putinlə qarşı-qarşıya gələ bilməzdi"  başlıqlı məqalə dərc etmişdi.

 

O, noyabrın 29-da iki nəfərin ölümü ilə nəticələnən London körpüsündə baş vermiş terror hücumunu İngiltərə təhlükəsizliyinə ünvanlanan təhdid olduğunu qeyd edib.