Türkmənistan Prezidenti 528 məhkumu əfv edib

Türkmənistanda milli bayramlar münasibətilə əfv fərmanları ildə bir neçə dəfə imzalanır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2019, 16:23

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hər il dekabrın 12-də bu ölkədə qeyd edilən Bitərəflik Günü münasibətilə əfv fərmanı imzalayıb.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, fərman 528 məhkuma şamil olunub. Türkmənistan Prezidenti əfv olunan şəxslərin işlə təmin edilməsi üçün təlimat verib. Bu barədə qərar Türkmənistan hökumətinin iclasında elan edilib.

 

Türkmənistanda milli bayramlar münasibətilə əfv fərmanları ildə bir neçə dəfə imzalanır.