ABŞ: Kürd birləşmələri Türkiyənin tələb etdiyi ərazidən çıxıblar

Kürd bölmələri Türkiyə ilə Amerikanın razılaşdığı ərazidən çıxıblar...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 23 Oktyabr 2019, 09:23

Kürd bölmələri Türkiyə ilə Amerikanın razılaşdığı ərazidən çıxıblar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens açıqlama verib.

 

M. Pens bildirib ki, “Suriya Demokratik Qüvvələri” Türkiyə ilə ABŞ-ın arasında razılaşdırılmış bölgədən çıxıblar.

 

ABŞ vitse-prezidenti bildirib ki, bu barədə Suriyadakı kürd bölmələri ona məlumat veriblər.

 

Qeyd edək ki, ötən gün Rusiya prezidenti ilə Türkiyə prezidentinin Soçidə görüşündən sonra tərəflər rəsmi Ankara tərəfindən Suriyanın şimalında kürd bölmələrinə qarşı aparılan əməliyyatın dayandırıldığını bildiriblər.