İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb

Ərbəin ziyarətinə görə İraqa 2 milyon, 680 min xarici zəvvar daxil olub...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 18 Oktyabr 2019, 17:18

Ərbəin ziyarətinə görə İraqa 2 milyon, 680 min xarici zəvvar daxil olub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Sərhəd Keçid Məntəqələri Şurasının mətbuat katibi Əlauddin əl-Qeysi məlumat verib.

 

İraq rəsmisi bildirib ki, bu günə qədər (18 oktyabr) Ərəbin ziyarətinə görə xaricdən ölkəyə 2 milyon 680 min zəvvar daxil olub.

 

Ə. əl-Qeysi bildirib ki, bu zəvvarlar quru və hava yolu ilə ölkəyə daxil olublar.

 

Qeyd edək ki, İranın daxili işlər naziri Əbdürrəhman Fəzli bu ilin Ərəbin ziyarəti üçün təkcə İrandan İraqa 3 milyon 500 min ölkə vətəndaşının keçdiyini bildirib.

 

Kərbəla əyaləti şurasının təhlükəsizlik komitəsinin sədri Əqil əl-Məsudi bildirib ki, ötən ilin Ərəbin ziyarəti ərəfəsində Kərbəla əyalətinə 15 milyon zəvvar daxil olub.