Ərdoğan Putinlə görüşü “Suriya üzrə razılaşmaların həyata keçirilməsi mərhələsi" adlandırıb

Oktyabrın 22-də Soçidə keçiriləcək danışıqlarda tərəflərin Suriya nizamlanması məsələsini müzakirə edəcəyi gözlənilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 17:10

 Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə baş tutacaq  görüşü Suriya məsələsi ilə bağlı addımların həyata keçirilməsi üzrə yeni bir mərhələdir.

 

İnterAz-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Ərdoğan qarşıdakı görüşü "Suriyadakı addımların həyata keçirilməsində növbəti addım" adlandırıb.

 

Oktyabrın 15-də Putinlə Ərdoğan arasında telefon danışığı oldu, Rusiya prezidenti həmkarını ölkəyə dəvət edib və müsbət cavab alıb.

 

Oktyabrın 22-də Soçidə keçiriləcək danışıqlarda tərəflərin Suriya nizamlanması məsələsini müzakirə edəcəyi gözlənilir.