Ərdoğan Trampın hədələyici məktubuna cavab verib

Ərdoğan ABŞ prezidenti Donald Trampın ona göndərdiyi hədələyici və diplomatik qaydalardan uzaq tonda yazılan məktubuna cavab verib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 18 Oktyabr 2019, 16:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın ona göndərdiyi hədələyici və diplomatik qaydalardan uzaq tonda yazılan məktubuna cavab verib.

 

İnterAz xəbər verir ki, R.T.Ərdoğan oktyabrın 18-də Türkiyədə akkreditasiya olunan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib: 

 

“Əlbəttə, Donald Trampın siyasi və diplomatik nəzakətdən uzaq məktubunu unutmamışıq. Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamalıyıq. Zamanı gələndə bu məsələ ilə bağlı lazım olanı həyata keçirəcəyimizi də bildirmək istəyirəm”.