Türkiyə ordusunun “Barış pınarı” hərəkatında itkiləri açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərəkat zamanı Türkiyə ordusunun 4 əsgəri şəhid olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 16:14

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış pınarı” hərəkatında itkiləri açıqlanıb.

 

İnterAz-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərəkat zamanı Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

 

O qeyd edib ki, hərbi əməliyyatlar zamanı Azad Suriya Ordusunun 74 üzvü həyatını itirib.